• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Allahverdiyev Bakı Fond Birjasının yeni rəhbəri seçildi

Rövşən Allahverdiyev Bakı Fond Birjasının yeni rəhbəri seçildi
21.12.2015 20:06
Bu gün Bakı Fond Birjasının (BFB) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
 
BFB-dən "APA-Economics”ə verilən məlumata görə, iclas zamanı fondun Müşahidə Şurasının yeni üzvlərinin və sədrinin seçilməsi üzrə səsvermə keçirilib.
 
Səhmdarların səsvermə nəticələrinə görə, "Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev BFB-nin Müşahidə Şurasının yeni sədri seçilib.
 
Qeyd edək ki, R. Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. Rövşən Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə "Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
 
Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov BFB-nin Müşahidə Şurasının yeni üzvü seçilib.
 
F. İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil alıb, 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında  müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol