• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirildi

Azercell-in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirildi
22.12.2015 17:52
Ölkədə təhsilin inkişafına hər zaman dəstək verən Azercell Telekom MMC-nin British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində "İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində təlimlərin ilk raunduna start verilib. 

Təlimlər Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən 15-17 dekabr, 2015-ci il tarixlərində 5 nömrəli Bakı peşə liseyində keçirilib. Təlimlərdə ərizələrin qəbulu yolu ilə seçilmiş Bakıda yerləşən müxtəlif peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Təlimlər zamanı müəllimlər peşə təhsili üzrə effektiv təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması kimi mövzular üzrə biliklər əldə ediblər. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda yerləşən peşə məktəblərində IKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə aidiyyatlı sahə üzrə fəaliyyət göstərən müəllimlərin peşə təhsilində effektiv tədris metodları üzrə təlimlərin keçirilməsi ilə qabiliyyət potensialının inkişaf etdirilməsidir.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol