• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Bakı-Berlin-Bakı aviareysini bərpa edir

AZAL Bakı-Berlin-Bakı aviareysini bərpa edir
25.12.2015 19:14
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 27 mart 2016-ci il tarixindən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir.
 
AZAL-dan "APA-Economics”ə verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də, Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 18:25-də yerinə yetiriləcək.
 
AZAL-ın reysi Berlin hava limanının daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə hava limanında əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan "A” terminalına gəlir.
 
Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.
 
Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.
 
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.
 
Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles ).

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol