• $
  • €
  • ₽
  • ₺
  • £

Vağzalda kassa böhranı - VİDEO

Vağzalda kassa böhranı - VİDEO
25.12.2015 20:26
Bu gün saat 16 radələrindən dəmir yolu kassaları işini dayandırıb.

Bu gün günorta saatlarından başlayaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kassalarında bilet satışı dayandırılıb. 

Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, bilet satışının dayanması kassaların qarşısında izdiham yaranmasına səbəb olub. Şəmkir rayonuna getmək üçün bilet almaq istəyən Hikmət Əzizovun verdiyi məlumata görə, kassadan buna səbəb kimi internetdə yaranmış problem göstərilir. 

"Hazırda mənim kimi çox sayda insan rayona getmək üçün dəmiryol kassalarının qarşısında növbə gözləyir. Bilet satışının internetdə yaranan problem aradan qaldırıldıqdan sonra bərpa ediləcəyi bildirilir. Ancaq hazırda mənim kimi hər kəs soyuqda bilet satışının bərpa ediləcəyini gözləyir. Axşam vaxtı olduğunu və insanların getdikcə daha da çoxalacağını düşünsək, bir azdan burada hansı vəziyyətin olacağını düşünmək çətin deyil. Hazırda da kassalar qarşısında gözləyənlərin sayı artır”, - deyə Hikmət Əzizov bildirdi.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşıma departamentinin rəhbəri Elyar Muradov ANS PRESS-ə bildirib ki, proqram təminatına edilən dəyişikliyə görə, bilet satışlarında problemlər yaşanır. Qısa zaman ərzində biletlərin satışı bərpa ediləcək.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakıdakı kassalarından görüntülər:
 
 
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol