• $
  • €
  • ₽
  • ₺
  • £

15000-dən çox abunəçi “Nar” 4G şəbəkəsini seçdi

15000-dən  çox abunəçi “Nar” 4G şəbəkəsini seçdi
29.12.2015 14:22
Mobil operator 4G şəbəkəsini sürətlə artırmağa davam edir

"Nar” mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15000-i keçdi. Qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator, ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcəkdir. 
Bu cür sürətli inkişafın səbəblərindən biri "Nar” abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.

"Nar” abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və ələvə hər hansı bir ödəniş olmadan yararlana bilərlər.  Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan  "Nar” Turbo-paketini seçməklə LTE texnologiyasından yararlanır.

2016-cı ildə "Nar” LTE şəbəkəsini daha da artırmaq və "LTE Advanced” texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş "Nar” hazırda öz abunəçilərinə 2938 sayda 2G, 2085 ədəd 3G və 591 4G (LTE) stansiyalarından istifadə imkanlarını təqdim edir. 

"Nar” öz abunəçiləri üçün yüksəksürətli internet, geniş əhatə dairəsi, sərfəli qiymətlər və müxtəlif tələblər üçün təkliflərin hazırlanması strategiyasına sadiq qalacaqdır. 

LTE texnologiyası haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol