• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlara malların gömrük rəsmiləşdirilməsi üçün daha bir imkan

Sahibkarlara malların gömrük rəsmiləşdirilməsi üçün daha bir imkan
29.05.2020 09:07
Artıq sahibkarlar ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər

Dövlət Gömrük Komitəsi (DGK) idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı növbəti yeniliyə imza atıb. 
 
Bu barədə DGK-dan məlumat verilib.
 
Belə ki, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.
 
Bununla əlaqədar, DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandıra bilərlər: "Nəzərinizə çatdırıram ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı bu yenilik Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 263 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə reqlamentləşdirilir və Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış "Gömrük XXI əsrdə” sənədi və Ümümdünya Ticarət Təşkliatı çərçivəsində yeni imzalanmış Ticarətin Asanlaşdırılması Sazişi müddəalarına cavab verməklə beynəlxalq praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul edilir”.
 
Təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçiriləcəkdir.
 
Bu xidmətdən yararlanmaq üçün sahibkarlar DGK tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol