• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir məşhur mağaza böhrana qurban gedir

Bakıda daha bir məşhur mağaza böhrana qurban gedir
29.05.2020 06:47
Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. Müşahidə olunan qlobal böhran artıq "Baku Electronics" şirkətinə ciddi təsir edib.

ANN.Az report-a istinadən xəbər verir ki, ötən il ərzində baş verən milli valyutanın təxminən 100%-lik devalvasiyası fonunda şirkətdə aparılan ixtisarlar və bəzi filialların bağlanması prosesi 2016-cı ildə də davam edir. Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib. Dünəndən etibarən artıq işçilərə rəsmi şəkildə işdən çıxarıldıqları barədə məlumat verilib.

Qeyd edək ki, bağlanan mağazalar "Baku Electronics"in Mərdəkan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi "Baku Electronics"in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir. Məsələn, böhrandan öncə 1 gündə 10 min manat həcmində satış həyata keçirilirdisə, hazırda bu rəqəm təqribən 3-4 min manata düşüb (dollar ekvivalentində isə azalma 6 dəfədən çox olub).

Hər iki mağazada ümumilikdə 15 işçi olub. İşsiz qalanların sözlərinə görə, işçilərin daha 30%-nin ixtisar ediləcəyi nəzərdə tutulub.

Manatın ikinci devalvasiyasından məişət texnikasını yeni qiymətlərlə satmalı olan şəbəkə, artıq hər hansı endirim kampaniyası keçirməyi nəzərdə tutmur. Bundan əlavə, işçilərə ödənilən mükafat və bonuslar ləğv edilib.

Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol