• $
  • €
  • ₽
  • ₺
  • £

“BP Azerbaijan”ın 50 əməkdaşının işdən çıxarıldığı bildirilir

“BP Azerbaijan”ın 50 əməkdaşının işdən çıxarıldığı bildirilir
13.01.2016 09:45
Böyük Britaniyanın neft-qaz şirkəti BP qarşıdakı iki il ərzində fəaliyyət göstərdiyi bəzi ölkələrdə kəşfiyyat və hasilat sahəsində 4 min iş yerini ixtisar edəcək.

"APA-Economics”in məlumatına görə, bu barədə BP-nin yaydığı məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, Anqola, Azərbaycanda, eləcə də Meksika körfəzi və Şimal dənizində kəşfiyyat və hasilatla məşğul olan 24 min işçidən 4 mini ixtisar olunacaq.

Məlumata əsasən, 2017-ci ilin dekabr ayına kimi davam edəcək ixtisarlara səbəb kimi tələbatın az olması səbəbindən neftin qiymətinin aşağı olması, dolların mökəmlənməsi və ehtiyatların artması ilə izah olunur. "Bütün bu amillər daha rəqabət qabiliyyətli olmağı və iqtisadi vəziyyətin çətinliyini etiraf etməyi şərtləndirir. Biz uzun müddət əvvəl neftin qiymətinin aşağı düşməkdə davam edəcəyini gözlədiyimizi bəyan etmişdik və görünən odur ki, bu proqnoz özünü doğruldur”, - deyə məlumatda vurğulanıb.
 
 
"APA-Economics”in əldə etdiyi məlumata görə, BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat verib.

"BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə "APA-Economics”ə bu məlumatı təkzib edib və faktı təsdiqləməyib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol