• $
  • €
  • ₽
  • ₺
  • £

Kulevi terminalından nafta daşınmasına başlanılıb

Kulevi terminalından nafta daşınmasına başlanılıb
29.05.2020 00:55
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı (Qara dəniz, Gürcüstan) vasitəsilə yeni məhsul - nafta qəbul edilib və göndərilib. 

"Report" Kulevi neft terminalının veb-saytına istinadən xəbər verir ki, naftanın ilk yükü sisternlə qəbul edilib.

O, 90 nömrəli nasos stansiyasının köməyi ilə boşaldılıb, sahil anbarında saxlanılıb və vaxt, kəmiyyət, keyfiyyət itkisi olmadan müvəffəqiyyətlə "Riroil 2" neft tankerinə yüklənilib.
"Qara dəniz terminalı mövcud resurslarla və heç bir əlavə investisiya olmadan daha çox məhsul qəbul etmək və göndərmək bacarığında olduğunu bir daha sübut edib. Kulevi neft terminalının idarəçiləri və heyəti şirkətin bu uğurunun son olmadığına inanır. Terminal hər hansı çətinliyin öhdəsindən gəlməyə və neft sənayesində yeni hədəflərə nail olmağa hazırdır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol