• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənaye avadanlıqlarının istehsalı zavodu tikilir

Azərbaycanda sənaye avadanlıqlarının istehsalı zavodu tikilir
29.05.2020 11:35
Yanvarın 19-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodunun yaradılması layihəsinin təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı davamlı olaraq artır. Bunun nəticəsidir ki, ötən il ölkəmizdə sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi isə 8,4% artıb. Dünyadakı mürəkkəb siyasi-iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və sahibkarlara göstərilən dəstək nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr yaradılır.

Belə layihələrdən biri də Qaradağ Metal Konstruksiyalar Zavodu ("AzeriSteel”) tərəfindən tikiləcək rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodudur. Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək. Zavodun dəyəri təqribən 32 mln. avrodur. Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan "EPC Group” şirkəti tərəfindən həyata keçirilir. "EPC Group” zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək.

Qeyd edək ki, rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir. Belə ki, "AzeriSteel” İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 mln. manat güzəştli krediti hesabına ölkəmizdə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Ümumiyyətlə, son illər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 115-i artıq istifadəyə verilib. Bundan başqa, dövlətin sahibkarlığın inkişafına digər bir dəstək mexanizmi olan Azərbaycan İnvestisiya Şirkətinin sənaye avadanlıqlarının istehsalı zavodunda payçı kimi iştirak imkanları dəyərləndirilir.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov Heydər Əliyev adına Neft emalı zavodunda aparılan yenidənqurma işləri barədə məlumat verib, yeni yaradılan sənaye avadanlıqlarının istehsalı zavodunun əhəmiyyətindən bəhs edib, zavodda istehsal olunacaq məhsulların neft-qaz sənayesində istifadəsi imkanlarından danışıb.

"Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev gələcəkdə zavodun məhsullarının neft-kimya sənayesində istifadəsi barədə fikirlərini bildirib.

Qaradağ Metal Konstruksiyaları Zavodunun ("AzeriSteel”) Direktorlar Şurasının sədri Rüfət Sucayev ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri, xüsusilə də son zamanlar sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımların sahibkarlar tərəfindən razılıqla qarşılandığını vurğulayıb, "AzeriSteel”in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, sənaye avadanlıqlarının istehsalı zavodunun qurulmasında dövlətin dəstək mexanizmlərindən istifadə olunması nəzərdə tutulur. Zavodda istehsal ediləcək rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Almaniyanın "EPC Group” şirkətinin Satış Departamentinin rəhbəri Ernst Kühn, şirkətin Rusiya və MDB-də Biznesin inkişafı üzrə direktoru Ruslan Ahmetxanov çıxışlarında qeyd ediblər ki, Azərbaycanda formalaşmış əlverişli biznes mühiti müasir istehsal müəssisələrinin yaradılmasına geniş imkan yaradır. Sənaye avadanlıqlarının istehsalı zavodunun qabaqcıl standartlara cavab verəcəyi və rəqabətqabiliyyətli məhsullar istehsal edəcəyi diqqətə çatdırılıb, zavodun böyük ixrac potensialına malik olacağı vurğulanıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol