RYTN-in tabeliyindəki qurumlarda yoxlamalar başa çatdı

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, Kollegiya iclasında 2015-ci il Iş planına uyğun həyata keçirilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, "Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna və dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















