• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qəfil bahalaşmasının səbəbi - Ekspert şərhi

Neftin qəfil bahalaşmasının səbəbi - Ekspert şərhi
23.01.2016 11:58
Son iki gündə neftin qiymətinin 6 dollar artmasının səbəbləri məlum olub. Bununla bağlı videoçarx vasitəsilə sosial şəbəkədə çıxış edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin artması ilə əslində heç bir fundamental makroiqtisadi göstəricilər dəyişməyib: 

"Neft bazarında baş verən dəyişikliyin iki səbəbi var. Birincisi, yanvarın 21-də Avropa Mərkəzi Bankının toplantısından sonra bankın prezidenti Mario Dragi açıqladı ki, Avropa Bankı stimullaşdırma proqramı həyata keçirir və həmin proqram bu ilin sentyabr ayında bitməli idi. Bildirildi ki, proqram bitməyəcək və vaxtı 2017- ci ilin mart ayına kimi uzadılacaq və aylıq 60 milyard avroluq təhvil-alım proqramının həcmi 80 milyard avroya qədər artırıla bilər.

Bu birjalara pozitiv bir siqnal oldu və likvid pulun bolluğunun yaranması ehtimalını artırdı. Ona görə də Yaponiya, Amerika, Avropa birjalarında artımlar müşahidə olundu. Buna görə də neft qiymətlərində artım oldu.

İkinci səbəb isə, "discount” proqramı ilə bağlıdır. Neft satan ölkələr brendi London birjasında rəsmi qiymətindən daha aşağı qiymətlərlə bazara təklif edirlər. Bəzən "discount” 7-8 faizə qədər olur. Yəni bu gün brend əgər 31 dollardısa, 25-26 dollara İraq, İran nefti bazara çıxmaq istəyir. Bildiyimiz kimi, Səudiyyə Ərəbustanı Avropaya "discount” elan etdi.

"Discount” elan olunmuş qiymətlərlə real qiymət arasında fərq açıldığından brendin bu gün bazar qiyməti arasında fərq yaranıb. Bunlar makroiqtisadi və fundamental heç bir göstəriciyə əsaslanmadığından yaxın həftələrdə yenidən neftin qiymətinin 30 dollardan aşağı düşməsi ehtimalı çox yüksəkdir. Çünki getdikcə İran bazara daha çox neft çıxaracaq. Eyni zamanda Çində baş verən iqtisadi yavaşlama neft istehsalını azaltdığından neftin qiymətlərinin hələ uzun zaman aşağı səviyyələrdə qalması ehtimalı yüksəkdir”.

Bununla yanaşı, ekspert neftin qiymətinin aşağı olmasının müsbət təsirlərindən da danışıb. O qeyd edib ki, iki il Amerikada neftin qiymətlərinin aşağı olması və benzinin qiymətlərinin düşməsinə görə, Amerika istehklakçıları 700 milyard dollara qənaət edib: "Həmin pulu vətəndaşlar başqa sahələrə xərcləməklə iqtisadiyyatın stimullaşdırılmasına xidmət ediblər. Avropa Birliyi ölkələrində isə bu rəqəm 400 milyarda dollara yaxındır. Təqribən birlikdə 1,1 trilyon dollar vəsaitə iki il ərzində qənaət olunub. Bu da çox pozitiv addımdır”.(qafqazinfo)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol