Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi artırıla bilər

Səfər Mehdiyev: Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur
"Əgər əvvəllər mallar satış zamanı ƏDV-yə cəlb edilirdisə, yanvarın 1-dən etibarən mallar idxal zamanı ƏDV-yə cəlb edilir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
S.Mehdiyev Gömrük Komitəsinin büdcə daxilolmaları ilə bağlı öhdəliyinin artırılacağını istisna etməyib: "Danışıqlar gedir. Ola bilər ki, Komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur".
www.ann.az
Son xəbərlər 
Daha çox 























