• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka kreditləri niyə verilmir?

İpoteka kreditləri niyə verilmir?
11.02.2016 11:00
Ölkədə bank sektorunda aparılan islahatlar ipoteka kreditlərinin verilməsinə də təsir edib.

ANN.Az anspress-ə istinadən xəbər verir ki, kreditləşmə azalıb, səbəb isə odur ki, banklar da, əhali də hökumətdən yeni qaydaların təsdiqini gözləyir.

Son 9 illik statistik məlumatlara görə, ölkədə 17 min 600 dən artıq insan ipoteka krediti götürüb ki, bu da 712 milyon manatdan çox olub. Prezident İlham Əliyevin İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı verdiyi fərmandan sonra ipoteka bazarında canlanma da gözlənilirdi. Eyni zamanda manatın digər valyutalara nisbətdə dəyərdən düşməsi ilə, ipoteka almaq istəyənlərin sayında da artım olacağı proqnozlaşdırılırdı. Amma hələ ki buna banklar və vətəndaşlar tərəfindən maraq azdır. İqtisadçılar bunun səbəbini bank sektorunda yaşanan hazırkı vəziyyətlə əlaqələndirir. Digər tərəfdən isə vətəndaşlar hələ ki, gözləməyi üstün tutur.

"İpoteka uzunmüddətli öhdəlik olduğuna görə bəzi banklar buna getmək istəməyəcəklər. Amma hesab edirəm ki, Mərkəzi bank və ipoteka fondu bu sahədə banklara çox cüzi məbləğlərlə kompensasiya ödəyə bilər. İpoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması və bunun son 4-5 ildə verilmiş ipoteka kreditlərinə şamil edilməsi məsələsinə baxıla bilər.” – deyə iqtisadçı Ramil Osmanlı bildirir.

İpoteka kreditlərində təklif olunan dəyişikliklərdən sonra ilkin ödənişin 20 faizdən 15-ə, illik faiz dərəcələrinin isə ümumu ipotekada 8-dən 6-faizə qədər azaldılması gözlənilir. Bununla yanaşı ipoteka üçün verilən maksimum məbləğin 50 mindən 100 minə qədər artırılması da təklif olunub. Amma bu təklifin üzərində Mərkəzi bank və Maliyə nazirliyi tərəfindən incələmə işləri davam etdirilir
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol