• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Riqa aviareysi mayda bərpa olunacaq

Bakı-Riqa aviareysi mayda bərpa olunacaq
17.02.2016 16:45
"Azərbaycan Hava Yolları” (AZAL) və Latviyanın "AirBaltic” aviaşirkətləri mayın 29-dan etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, "AirBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Riqa-Bakı marşrutu üzrə birbaşa uçuş hər həftənin çərşənbə və bazar günləri,  Bakı-Riqa reysi isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 07:05-də, Riqa Beynəlxalq Hava limanına enmə yerli vaxtla saat 09:15-də, Riqadan uçuş yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə isə Bakı vaxtı ilə saat 05:50-də olacaq.

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır. Reyslər biznes və ekonom salonlu "Boeing-737" laynerləri ilə həyata keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol