• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP layihəsində daha bir tenderin qalibi müəyyənləşdi

TANAP layihəsində daha bir tenderin qalibi müəyyənləşdi
17.02.2016 16:54
Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi çərçivəsində keçirilən daha bir tenderin qalibi müəyyənləşib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "TANAP Doğalgaz İletim A.Ş." tərəfindən elan edilən "Kompressor və ölçü stansiyaları ilə bağlı Mühəndislik, Tədarük və İnşaat"  tenderi yekunlaşıb. Tenderin qalibi "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub. Bununla bağlı "TANAP Doğalgaz İletim A.Ş" ilə "Tekfen İnşaat ve Tesisat A.Ş." arasında saziş imzalanıb.

Qeyd edək ki, 1 850 km uzunluğundakı boru kəmərinin 2 ədəd kompressor stansiyası və 4 ədəd ölçü stansiyasının mühəndislik, tədarük və inşaatı üçün tender 2015-ci il iyunun 26-da elan edilib. Tenderdə 11 yerli və xarici şirkət iştirak edib.

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən, 67 qəsəbədən keçir.

Ötən il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir və bunun 19 km-i Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"-ın 30%, BP-nin 12% payı var.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol