• $
  • €
  • ₽
  • ₺
  • £

İndi meqabaytlar bitsə də, internet kəsilmir!

İndi meqabaytlar bitsə də, internet kəsilmir!
29.05.2020 07:57
"Nar” yenilənmiş və daha sərfəli internet paketlərini təqdim edir

"Nar” abunəçiləri gücləndirilmiş və yenilənmiş şəbəkədən yararlanaraq, sərfəli qiymətlərlə daha çox çeşidli internet paketlərindən istifadə edə biləcəklər. Abunəçilərin rahatlığını düşünən "Nar” yenilənmiş və yüksəksürətli Turbo paketlərini limitsiz etdi. İndi, paket bitdikdən sonra belə abunəçilər trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq internetdən istifadə edə biləcəklər (paket daxilində trafik sərf olunduqda, sürət saniyədə maksimum 64 Kb-ə çata bilər).

Əlavə olaraq, "Nar” abunəçiləri Turbo XL, Turbo 2XL və Turbo 3XL paketlərində gündüz (pik saatlar) trafiki bitənə qədər pulsuz olaraq maksimum sürətlə məhdudiyyətsiz gecə (qeyri-pik saatlar) trafikindən yararlana bilərlər.

Abunəçilərə təqdim olunan digər yenilik "Nar” 3G+ və 4G dəstləri oldu. Abunəçilər sadəcə 20 AZN ödəməklə "Nar” data-nömrə, 3G+ modemi və 15 GB trafik, böyük həcmli internetə üstünlük verənlər isə 49 AZN ödəməklə "Nar” data-nömrə və 4G modemlə yanaşı, 30 GB-lıq internet trafiki əldə etmiş olacaqlar. Pulsuz və məhdudiyyətsiz gecə trafiki "Nar” 3G+ və 4G dəstlərinə də şamil olunur.

Abunəçilər həmçinin "eNəzarət” xidməti vasitəsi ilə balanslarını asanlıqla yoxlaya və idarə edə biləcəklər. Bu xidmət hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.

"Nar”ın genişləndirilmiş, mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan mobil internet xidməti abunəçilərə hər yerdə və hər zaman yüksəksürətli internetdən daha sərfəli və rəqabətədavamlı qiymətlərlə istifadə imkanını yaratdı.

Yenilənmiş internet paketləri haqqında məlumatı buradan ala bilərsiniz: nar.az


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol