• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzil bazarında qiymətlər stabilləşir – RƏY

Mənzil bazarında qiymətlər stabilləşir – RƏY
07.03.2016 21:10
Hazırda mənzil bazarında vəziyyət ötən aylardan ciddi fərqlənmir. Sadəcə son dövrlərdə alqı-satqı əməliyyatlarının sayında nisbi artımlar müşahidə edilməyə başlayıb. 

Digər tendensiya, ümumi dinamik göstəricilər, qiymətlərdə və s. artıma doğru dəyişiklik müşahidə edilmir. 

Əksinə, azalmalar var. 

Bu barədə Oxu.Az-a açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı mənzil bazarındakı son vəziyyəti şərh edərkən deyib. 

"Bunu keçən ayla müqayisə etmək bir qədər çətindir. Bir ay ərzində elə də ciddi qiymət dəyişikliyi baş verməyib. Bazarda ümumi tendensiya aylıq göstəricilər üzrə 2-4% nisbətində dəyişir. Yəni, maksimum azalma 4% sayılır.

Amma məsələn ötən ilin müvafiq dövrü ilə müqayisədə və yaxud birinci devalvasiyadan əvvəlki dövrlə müqayisə etmək olar. Mənzil bazarındakı son vəziyyəti 2015-ci ilin əvvəli və həmin ilin mart-aprel ayında qeydə alınan göstəricilərlə müqayisə etmək olar. Hardasa manatla ifadədə təqribən 30-35%-ə yaxın qiymət azalması müşahidə edilir”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, icarə bazarında qiymətlər 20-22% arasında ucuzlaşıb:

"Eyni zamanda, demək olar ki, bütün əmlakların qiymətlərində azalmalar müşahidə edilməkdədir. Yəni, təkcə mənzildə deyil, kommersiya obyektlərində və s. müşahidələr göstərir ki, kirayə və icarə qiymətlərində artıq azalmağa doğru meyillər müşahidə edilməyə başlayıb. Məsələn, icarə bazarında qiymət azalması rəqəmlə ifadə etsək, təqribən 20-22%-dir”.

Yaxın gələcəkdə mənzillərin qiymətində artım müşahidə edilə bilərmi? sualına isə ekspert bu cür aydınlıq gətirib:

"Bu cür nisbi dinamik dəyişiklik qiymər artımına gətirib çıxara bilməz. Hesab edirəm ki, bu sadəcə devalvasiyadan sonra baş vermiş bazardakı durğunluğun tədricən, müəyyən qədər aradan qalxması və maliyyə bazarında stabilliyin yaranması ilə bağlıdır. Hazırda manatın dollara nisbətdə möhkəmlənməsi prosesi baş verir. Bu davamlı olarsa, yəqin ki, qarşıdakı aylarda yenidən bir qeyri-müəyyən situasiya yaranacaq”.

Öz növbəsində, "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, hazırda bazarda aktivlik yanvar ayı nisbətdə bir qədər artıb və bazarda qiymətlər bir qədər stabilləşmək üzrədir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol