• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xarici bazarlardan 1 mlrd. dollar cəlb etmək niyyətindədir

Azərbaycan xarici bazarlardan 1 mlrd. dollar cəlb etmək niyyətindədir
10.03.2016 14:12
Bu vəsait Cənub Qaz Dəhlizi şirkətinin istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb olunacaq

"Cənub Qaz Dəhlizi" şirkətinin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanılıb. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

"Şahdəniz 2", Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədi ilə "Cənub Qaz Dəhlizi” şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb. Azərbaycan Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. "Lazard FreresSAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxıs edir", - deyə Nazirlikdən qeyd olunub.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, "Cənub Qaz Dəhlizi” şirkəti və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) nümayəndələrinin də təmsil olunduğu heyətin martın 10-16-da dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində potensial investorlarla görüşləri nəzərdə tutulur.

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır.
Xatırladaq ki, bundan öncə maliyyə naziri bildirib ki, "Cənub Qaz Dəhlizi" şirkətinin beynəlxalq bazarlarda 2 mlrd. dollar həcmində istiqraz emissiyasının yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-yə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol