• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Əliyev: “Nabukko” “Şahdəniz”dən qaz tədarükünü ləngitdi

Natiq Əliyev: “Nabukko” “Şahdəniz”dən qaz tədarükünü ləngitdi
29.05.2020 09:22
2003-cü ildə hazırlanmış "Nabukko” layihəsini Aİ, hətta ABŞ-da dəstəkləyib.
 
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev NGE verdiyi müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, bu layihə onlar üçün Rusiyanın Avropanın enerji sektoruna nüfuzunun azalmasının rəmzi idi.  
 
"Şahdəniz” yatağını işləyən konsorsium ikinci faza çərçivəsində layihə üzərində 2007-ci ildə işə başlayıb. Azərbaycan hökuməti ilə "Şahdəniz” operatoru arasında sazişə əsaslanaraq ikinci mərhələ çərçivəsində qazın hasilatına başlandı və Aİ ölkələrinə ixrac 2011 və 2012-ci illərə planlaşdırılırdı, amma Aİ siyasətinə görə, 2020-ci ilə qədər təxirə salındı.
 
Bu konsorsium Azərbaycan üçün itirilmiş kapital demək idi. Biz qazı Avropaya (2011-ci ildə) yüksək qiymətlərlə ixrac etməyə başlayacağımızı təsəvvür edin”, - N.Əliyev Xəzərin energetik məsələləri üzrə ekspert İlham Şabana verdiyi müsahibəsində bildirib.

"Nabukko” və "Cənub qaz dəhlizi”nə gəldikdə isə, onun sözlərinə görə, "Nabukko”nun konsorsiumu tamamən yanlış idi. Belə ki, hər şirkət eyni paya malik idi və kommersiya müttəfiqi kimi ölkə hökumətləri ilə əməkdaşlıq etmək istəmirdi.
 
"Cənub qaz dəhlizi” haqqında danışdıqda isə o qeyd edib ki, layihə "Şahdəniz” yatağından qazı ixracı üçün hazırlanıb və Azərbaycan qazı onun əsas mənbəyidir.
 
Onun sözlərinə görə, yaxın on illikdə Abşeron və digər qaz yataqlarının işlənməsinə başlanacaq. Azərbaycanın "Cənub qaz dəhlizi”ni təmin etmək üçün yetərincə qaz ehtiyatı var, amma bu layihə başqa ölkələr üçün də açıqdır.

"Bizim bu sahədə təcrübəmiz var. Biz Azərbaycan neftinin nəqli üçün Bakı-Tbilisi-Ceyhan layihəsini işə salmışıq, amma bir neçə il sonra bu kəmər vasitəsilə Qazaxıstan və Türkmənistandan da neft nəql edilməyə başlandı. Biz bu yanaşmanı "Cənub qaz dəhlizi”ndə də tətbiq etməliyik” , - Natiq Əliyev bəyan edib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol