• $
  • €
  • ₽
  • ₺
  • £

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video
29.05.2020 07:40
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulur.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, ölkənin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub.

Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

"Bakı-Şamaxı-Yevlax” (M4) avtomobil yolunun Muğanlı-Yevlax ( 0 – 8,4 km və 38 – 145 km ) hissəsinin yenidən qurulması” layihəsində hal-hazırda son tamamlanma işləri həyata keçirilir. Layihənin bu günə fiziki tərəqqisi 99 faiz təşkil edir.

Layihə üzrə yol 2-ci texniki dərəcəyə uyğun yenidənqurulur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 km, yol yatağının eni 12,5 m, hərəkət hissəsinin eni isə 7.5 m-dir.

Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda 1 843 042 m3 torpaq yatağı inşa edilib, yol geyiminin tikintisi üzrə isə 377 454 m3 əsasın alt layı, 109 481 m3 bitumlu əsas, 1 062 679 m3 bitumlu aralıq və 1 072 163 m3 asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb.

"Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsində nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətddir, bundan başqa 263 borunun hamısında, 6 körpüdən isə 5-nin, daha dəqiqi yolun 35-ci km-də yerləşən Ağdarçay, 37,5-ci km-də yerləşən Girdmançay, 81-ci km-də yerləşən Göyçay çayı, 93-cü km-də yerləşən Şirvan kanalı və 120-ci km-də yerləşən Nemətabad kollektorunun üzərindəki körpülərin tikintisi işləri yekunlaşıb.

Hazırda yolun 103,5-ci km-də yerləşən Türyançay üzərində yerləşən körpüdə son tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür.

Bundan başqa, layihə üzrə avtomobil yolunda nəzərdə tutulan elektrik dirəklərin montajı, 39 avtobus dayanacağının tikintisinin tamamlanması, 19 500 p/m əyri xətli dəmir tirin quraşdırılması, işıqəksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanlarının qoyulması, 15 min m uzunluğunda piyada səkilərinin və 13 300 m açıq beton kanalların ( küvet ) tikilməsi prosessi gedir.

Layihənin tam olaraq cari ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır.
 



 
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol