• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Mənzillərin bahalaşması üçün əsas yoxdur

Ekspert: Mənzillərin bahalaşması üçün əsas yoxdur
17.03.2016 11:20
Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar.Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. 

Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları” baş vermədən ev almağa tələsəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib. 

Ekspert hesab edir ki, bu cür situasiyada ən çox itiriən vətəndaşlar olacaq: 

"Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup "makler-biznesmenlər” qazanacaq”.

"Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir.

Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə "rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan "köpüklər” yavaş-yavaş partlamaqdadır. Belə məlumatlar ilə yenidən əmlak bazarında belə "köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu?

Banklar kredit faizlərini kəskin aşağı salıbmı? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?”, - deyə iqtisadçı narahatlığını ifadə edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol