• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın DESFA-dakı payı azala bilər

SOCAR-ın DESFA-dakı payı azala bilər
14.04.2016 11:39
Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın SOCAR-a məxsus 66%-lik səhm paketi 41%-dək azala bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə "İnterfax" Yunanıstan mətbuatına istinadən məlumat verib.

Hazırda Avropanın müvafiq qurumları SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik səhmlərin 17%-ni Avropadan olan üçüncü şirkətə satılması məsələsinə baxır. Bu, SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik payın 49%-ə qədər azaldılmasına imkan verəcək.

Yunan KİV-i yazır ki, üçüncü şirkətə satılacaq səhm payı 17% deyil, 25% ola bilər: "Bu halda SOCAR-ın DESFA-dakı payı 41% olacaq. Beləliklə, Yunanıstan hökuməti DESFA-nın ikinci ən iri səhmdarı olacaq".

Xatırladaq ki, bundan öncə SOCAR-ın bu ilin sonuna qədər əldə etdiyi səhmlərin 66%-nin 17%-ni üçüncü tərəfə satacağı ilə bağlı razılığa gəlinəcəyi barədə məlumatlar verilib.

Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) SOCAR-ın DESFA-dakı payının 17%-lik hissəsini əldə etmək üçün üç şirkətin namizəd olduğunu açıqlayıb. Onlardan biri İtaliyanın "Snam” şirkəti, Belçikanın "Fluxys” və İspaniyanın "Enagas” şirkətləridir. Belə ki, "Fluxys” DESFA-da 8% səhmə, "Enagas” şirkəti isə 9% səhmə sahib olmaq istəyir. Ancaq bu ilin mart ayında mətbuatda məlumat yayılıb ki, Belçikanın "Fluxys” və İtaliyanın "Snam” şirkətləri DESFA-nın 17%-lik səhm paketini almaqdan imtina ediblər.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum” şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi” və "Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol