• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bankın 10-dan artıq filialının müdiri dəyişdi

Beynəlxalq Bankın 10-dan artıq filialının müdiri dəyişdi
20.04.2016 15:31
Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr dəyişiklikləri davam etdirilir.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, 2015-ci ilin iyulunda bank rəhbərliyində baş verən dəyişiklikdən sonra ötən aylar ərzində ABB-nin Bakı səhərində 5, rayonlarda 6 filialı olmaqla ümumilikdə 13 filialının müdiri dəyişib. 
 
Belə ki, ABB-nin Xətai filialının müdiri Malik Mahmudovun yerinə Əbdülməcid Əliyev təyin edilib. Qaradağ filialının müdiri Azər Məmmədov tutduğu vəzifəni Emil Abbasbəyliyə təhvil verib. E.Abbasbəyli bir neçə ay bu vəzifədə çalışandan sonra martın əvvəlində Bankın törəməsi olan "ABB-Gürcüstan”ın baş direktoru vəzifəsinə təyinat alıb.
Bankın Səbail filialının müdiri Ehtiram Əliyev də işdən çıxarılanlar arasındadır. Onun yerinə bu vəzifə Şahin Rəsulova həvalə olunub. Yasamal filialının müdiri Tahir Balaqardaşovun da ABB-də fəaliyyətini davam etdirməsi məqsədəuyğun görülmədiyindən bu vəzifə Cavid Vəliyevə tapşırılıb. Paytaxtdakı filiallarda kadr dəyişikliyi bununla da yekunlaşmayıb. Belə ki, Toğrul Səfərov Suraxanı filialının müdiri təyin edilib. Buna qədər həmin vəzifəni Elton Hidayətov icra edib.
 
Regionlara gəlincə, ABB-nin Ağdaş filialının müdiri Qəhrəman Günəşovu Anar Hüseynov, Şirvan filialının müdiri Səməd Novruzovu İlqar Babayev, Quba filialının müdiri Zülfüqar Niftiyevi Fərid Məmmədov, Lənkəran filialının müdiri Müqəddəs Quliyevi Rüfət Ələsgərov,  Şamaxı filialının müdiri Soltan Məmmədovu Azər Hümbətov və Mingəçevir filialının müdiri Tahir Qafarovu Ramil İsmayılov əvəzləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol