• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayevə yeni müşavir təyin edildi

Rövnəq Abdullayevə yeni müşavir təyin edildi
22.04.2016 15:30
"SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti Samir Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müşaviri vəzifəsinə təyin olunub.

Bu barədə "Report”a "SOCAR Turkey Energy”nin Kommunikasiya Departamentindən məlumat verilib.

Departamentdən bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq kapital bazarlarının yaratdığı imkanlardan istifadə etməklə, SOCAR qrupuna daxil olan qurumlar üçün əlavə dəyər yaradacaq layihələrin idarəetmə mexanizmlərinin formalaşdırılması zərurətini nəzərə alaraq SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər şirkətin prezidentinin müşaviri Samir Kərimova həvalə edilib.

"SOCAR dünyanın neft-qaz bazarlarında cərəyan edən prosesləri yaxından izləməklə bu bazarda mövcud mövqeyini qorumaq və daha da yaxşılaşdırmaq istiqamətində zəruri addımlar atır. 

Bu məqsədlə Samir Kərimov SOCAR-ın təsisçiliyi ilə yaradılmış və yaxud SOCAR-ın nizamnamə kapitalında birbaşa və yaxud dolayı yolla paya sahib olan hər hansı bir qurumun kapital bazarları ilə bağlı strategiyalarını müəyyən etmək və onların həyata keçirilməsini təmin edəcək”, - "SOCAR Turkey Energy”dən bildirilib.

Ayrıca, beynəlxalq kapital bazarları ilə əlaqədar layihə qrupu SOCAR Qrupu ilə maraqlanan bütün investorlar və fondlar ilə görüşlər təşkil etmək, danışıqlar həyata keçirmək, bu qurumların investorlar tərəfindən lazımi şəkildə tanınması üçün müvafiq tədbirlər görməklə də məsul olacaq.

SOCAR-ın prezidenti tərəfindən verilmiş səlahiyyətlərə uyğun olaraq, SOCAR Qrupu adına beynəlxalq birjalarda səhm və digər qiymətli kağızların alqı-satqısı və s. formada mübadilə əməliyyatlarını həyata keçirmək, IPO və kapital bazarlarındakı digər fəaliyyətlərlə bağlı müvafiq ölkələrin tənzimləyici qurumları ilə münasibətləri və əlaqələri qurmaq və idarə etmək məsələləri də kapital bazarları üzrə layihə rəhbəri S.Kərimova həvalə olunacaq.

Qeyd edək ki, S.Kərimov 2010-cu ildən "SOCAR Turkey Energy”nin I vitse-prezidenti olub. Bundan əvvəl, ABŞ-da Hyuston mərkəzli "Universal-Pegasus Holding”də beynəlxalq biznesin inkişafı üzrə əlaqələndirici olaraq fəaliyyət göstərən S.Kərimov Şimali Amerika, Şimali Afrika, Orta Şərq, Orta Asiya və Hindistanda müxtəlif layihələrin icrası ilə məşğul olub.

Enerji sektorundakı kariyerasının təməlini ABŞ-dakı Hyuston Universitetinin nəzdində yer alan Qlobal Enerji İdarəçiliyi İnstitutunda alan S.Kərimov MBA dərəcəsini Luiziana ştatındakı MakNizi Universitetində biznes idarəçiliyi üzrə, ali təhsilini isə İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində tamamlayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol