• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku yenə Qalib seçilib!

Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku yenə Qalib seçilib!
27.04.2016 15:07
2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə "Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku liderliyini qoruyub saxlamaqdadır.

Ölkədə nağdsız əməliyyatların həcminin artırılması, eləcə də müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi məqsədilə Mərkəzi Bank son 3 il ərzində mütəmadi olaraq müxtəlif müsabiqələr təşkil edir. Həyata keçirilən müsabiqə çərçivəsində bu il aşağıda qeyd olunan 5 nominasiya üzrə bankların fəaliyyəti qiymətləndirilmiş və daha aktiv olanlar seçilərək mükafatlandırılmışdır:

* Nağdsız ödənişlər üzrə lider bank

* Elektron bankçılıq xidmətlərində lider bank

* Elektron ticarətin inkişafında lider bank

* Təmassız ödəniş kartları üzrə lider bank

* Təmassız POS-terminal infrastrukturu üzrə lider bank

Müsabiqənin öncəki illərində olduğu kimi, Mərkəzi Bank, bu il də Bank of Baku-nun 2015-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək "Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bankı 1-ci yerə layiq görüb. Bununla yanaşı, Bank of Baku "Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 2-ci yerə layiq görülməklə, qaliblər sırasında yer alıb.

Bankın "Alternativ Satışlar və İnkişaf Departamenti”nin direktoru Anar Abbasov, Mərkəzi Bankın ölkədə nağdsız ödənişlərin, eləcə də elektron bankçılığın inkişafı və tətbiqinin daha da genişləndirilməsi istiqamətində apardığı siyasətə uyğun olaraq, Bank of Baku-nun bu istiqamətdə fəaliyyətini növbəti illərdə daha da təkmilləşdirəcəyini, müştərilərə nağdsız əməliyyatlardan və elektron bankçılıq xidmətindən istifadənin stimullaşdırılması üçün yeni imkanlar qazandıracağını vurğulayıb.

"Hal-hazırda, müştərilərimizə 24/7 rejimində bank xidmətləri göstərəcək Elektron Bankçılıq kompleksinin yaradılması üçün çalışırıq. Bu kompleks vasitəsilə müştərilərə bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (online alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Banking, Mobil Banking, SMS-Banking vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstəriləcəyini” qeyd edən cənab A. Abbasov, Bankın bu sahədə mövqeyini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

Daha ətraflı:

145 məlumat mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol