• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək oldu

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək oldu
02.05.2016 19:34
Azərbaycan Qadınlarının İKT Klubu - "FEMMES DIGITALES” 28 aprel ADA universitetində ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd etdi. Klubun "Microsoft Azərbaycan” şirkəti ilə birgə "Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda keçirdiyi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin IT və Mühəndislik Məktəbi (SITE), ölkədə fəaliyyət göstərən bir neçə şirkət, eləcə də Azercell Telekom tərəfindən dəstəkləndi.
 
Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət qurmaq imkanı əldə edərək, onları maraqlandıran suallara cavab ala bildilər. Azercell Telekom-un Texnologiyalar Departamentinin direktoru, klubun təsisatçılarından biri olan Xavər Babazadə də gənc xanımlara İnformasiya Texnologiyaları sahəsində karyera tarixçəsindən və bu sahədə çalışmağın özəlliklərindən söhbət açdı. 
Tədbir ərzində başlıca müzakirələr Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın artırılması, yerli biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil imkanları yaradan ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi və s. kimi məqamlar olmuşdur. 
 
Konfransda, həmçinin, Azercell şirkətinin Texnologiyalar Departamentinin İnformasiya Xidmətləri bölümünün rəhbəri Ramin Orucov çıxış edərək, qadınların İKT sahəsində rolundan və gündəlik həyatda professional inkişaf və ailə öhdəliklərini bir arada uğurla cəmləşdirməyi bacaran xanımlardan söhbət açdı. 

Xatırladaq ki, Azərbaycan Qadınlarının İKT Klubu - "FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq xanımı birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd müxtəlif görüşlər və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini artırmaq və bu sahədə onlara dəstək  göstərməkdir. İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan Azercell də bu istiqamətdə gənclərimizə öz dəstəyini göztərməkdə davam edir.  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol