• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz-2" üçün 1,5 mlrd. dollarlıq müqavilə imzalandı

"Şahdəniz-2" üçün 1,5 mlrd. dollarlıq müqavilə imzalandı
03.05.2016 13:42
Bu gün "Şahdəniz" konsorsiumu "Şahdəniz Mərhələ 2" layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üçün yeni müqavilə imzalayıb.

Layihənin operatoru olan "BP-Azerbaijan" şirkətindən "Report"a verilən məlumata görə, 1,5 mlrd. dollar dəyərində olan bu müqavilə "BOS Shelf" LLC, "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" konsorsiumuna verilib.

Bu müqavilə çərçivəsində görüləcək işlərin həcminə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların daşınması və quraşdırılması məqsədilə "Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

BP-nin "Şahdəniz-2" layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frenk Uilson bildirib ki, şirkət dənizdə quraşdırma işləri üzrə strateji podratçı və onun konsorsiumdakı iri yerli tərəfdaşları ilə əməkdaşlığı davam etdirməkdən məmnundur: "Bu əməkdaşlıqda biz nəhəng "Şahdəniz Mərhələ 2" layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni "Xankəndi” gəmisi "Şahdəniz Mərhələ 2"-nin sualtı qurğularının daşınması və quraşdırılmasında əsas işləri görəcək. Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq".

O qeyd edib ki, "Xankəndi”nin tikintisi çox yaxşı irəliləyir, gəminin burun hissəsi ilə gövdə seksiyaları artıq birləşdirilib: "Sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üçün verilmiş bu iri müqavilə bizim Xəzərə ilk dəfə olaraq "Şahdəniz Mərhələ 2" layihəsi çərçivəsində yeni və ən müasir sualtı hasilat texnologiyası gətirmək öhdəliyimizi dəstəkləyir”.

Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında cənub-şərq, şimal-şərq və cənub-qərb sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha 5 il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə "İsrafil Hüseynov” borudüzən barjının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.

"Şahdəniz Mərhələ 2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol