• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni iqtisadi modelin gözləntiləri - Fikrət Yusifov

Yeni iqtisadi modelin gözləntiləri - Fikrət Yusifov
13.05.2016 13:07
Dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinə Azərbaycan hökumətinin cavabı kifayət qədər tutarlı oldu. Hökumət indiyə qədər qazanılmış iqtisadi uğurları neft amili olmadan da eyni qaydada davam etdirmək iqtidarında olduğunu hər kəsə göstərə bildi. Bir sözlə, yaranmış vəziyyətdə, real sektorun sürətli inkişafını təmin edə biləcək yeni bir islahat modeli ortaya qoyuldu. Bu yol çətin bir yoldur, lakin o, ölkə iqtisadiyyatının  tam dayanaqlı olmasına aparan doğru bir seçimdir. Yeni iqtisadi islahat modeli kifayət qədər geniş əhatəlidir. Orada iqtisadiyyatın bütün sahələrinin maneəsiz inkişafına tam münbit bir şərait yaradılması nəzərdə tutulub.  
 
 
Yeni iqtisadi islahat modelinin reallaşdırılmasını nəzərdə tutan və keçən ilin son aylarından başlayaraq ardıcıl şəkildə qəbul olunan qərarlar, artıq öz bəhrəsini  verməyə başlayıb.   Bu gün hökumət qeyri-neft sənayesinin, aqrar sahənin, nəqliyyat və tikinti sektorunun, turizmin inkişafına geniş bir meydan açan  qərarlarla yanaşı, hər bir sahənin inkişafı qarşısında maneə ola biləcək bütün neqativ məqamların da aradan qaldırılması istiqamətində çox qətiyyətli addımlar atır. İllərlə kök salmış inhisarçılığın ləğvi, rüşvət və korrupsiyaya qarşı - "heç kim toxunulmaz ola bilməz” devizi ilə aparılan mübarızə, artıq öz bəhrəsini verməyə başlayıb. Zaman-zaman şəhərə qazanc dalınca gəlmiş kəndli, indi geriyə - kəndə üz tutub. Çünkü o, artıq dövlətinin ona maneəsiz bir fəaliyyət meydanı açdığını görür. Biznes üçün yaradılan maneəsiz meydan ölkəmizə xarici iş adamlarının da marağını kifayət qədər artırıb. Belə münbit şərait, bundan sonra xarici investisiyaların daha böyük axınını təmin edəcəkdir. Bu gün xarici iş adamı Azərbaycanda təkcə neft-qaz sektoruna deyil, real sektora investisiyalar yatırmağa tam maraqlıdır. Dövlətin apardığı islahatlar bu investisiyaları daha da cəlbedici edə bildi.   
 
 
Mayın 11-də  Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi "biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq”, "öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” kimi fikirləri xarici investorları qeyri-neft sektoruna daha çox sərmayə yatırmağa çağrış idi. Artıq bu sektora sərmayələr qoymaqda maraqlı olduqlarını bildirən tək Fransız iş adamları deyil. Son zamanlar başqa inkişaf etmiş ölkələrin də iş adamları Azərbaycanda real sektora kifayət qədər investisiyalar yatırtmaq istəklərini bəyan ediblər. Bu isə bütövlükdə çox yaxşı haldır. Çünkü ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin edilməsində xarici sərmayələrin rolu kifayət qədər böyük olacaqdır.   Bir sözlə, yeni iqtisadi inkişaf modeli çərçivəsində aparılan islahatlar cari ildə qeyri-neft sektorunda kifatət qədər pozitiv nəticələrin, 2017-2018 - ci illərdə isə əsaslı yüksəlişin əldə olunmasına gətirib çıxaracaqdır.

Fikrət Yusifov
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol