• $
  • €
  • ₽
  • ₺
  • £

Dənizkənarı Bulvar İdarəsinin loqosu təqdim olundu

Dənizkənarı Bulvar İdarəsinin loqosu təqdim olundu
13.05.2016 12:41
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim edilib. 

İdarədən ANN.Az-a verilən məlumata görə, loqo özündə Bakının dənizkənarı, tarixi və gözəlliyi ilə məşhur olan Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını özündə birləşdirir.

100 ildən artıq yaşı olan Bakı bulvarı bu gün dünyanın ən böyük və gözəl dənizkənarı parkları sırasındadır. Bir vaxtlar "Mirvari” kafesi, "Venesiya” şəhərciyi, "Saat Qülləsi” ilə tanınan Bakı bulvarı bu gün həm də dəniz sahilində inşa olunan"Dövlət Bayrağı Meydanı”,   "Bakı Kristal Zalı”, "Xalça Muzeyi”, "Beynəlxalq Muğam Mərkəzi” və s. ilə tanınır. 

Müstəqil Azərbaycan bu gün tarixi keçmişi, müasir inkişafı, qüdrəti ilə dünyada tanınır. Azərbaycan vətəndaşların qürur yerinə, milyonlarla insanların və turistlərin sevimli məkanına çevrilmişdir. Bakı Bulvarının ən yüksək nöqtəsində- Dövlət Bayrağı Meydanında müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, qədimliyi həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.

 Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, qeyd olunan idarələrin əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. 

Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim olunmaqla, həm də bu vaxtadək mövcud loqosu qüvvədən düşmüş hesab edilir. 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol