• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Abşeron" yatağının qazı Avropaya ixrac oluna bilər

Nazir müavini: "Abşeron" yatağının qazı Avropaya ixrac oluna bilər
13.05.2016 14:59
Fransanın "MEDEF International" təşkilatının nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, energetika nazirinin müavini Natiq Abbasovla keçirilən görüşdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan N.Abbasov bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət olunduğunu deyib.

Fransa şirkətlərinin Azərbaycanın neft-qaz, neft məhsulları sənayesində yaxından iştirakı diqqətə çatdırılıb. Enerji sahəsində 20 illik əməkdaşlıq müddətində Fransanın "Total", ENGIE və digər şirkətləri ilə mühüm naliyyətlərin əldə edildiyi vurğulanıb. N.Abbasov Azərbaycanın neft ölkəsi kimi keçdiyi tarixi mərhələlərdən danışıb. Azərbaycanın qaz ixrac edən ölkəyə çevrilməsinin yaratdığı imkanlardan, eləcə də "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasından bəhs edib. Nazir müavini deyib ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın ENGIE şirkətidir.

O, Azərbaycanın enerji sisteminin gücünün və elektrik enerjisi istehsalının həcminin daxili tələbatı təmin etməklə bərabər, ixrac potensialını formalaşdırdığını da qeyd edib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda əsas prioritetlərdən olduğunu bildirib. Bu məqsədlə görülən işlər haqqında danışıb. Qeyd edib ki, Fransa ilə enerji sahəsində əməkdaşlığın inkişafı üçün kifayət qədər imkanlar və yeni invesitisiyaların cəlbi baxımından əlverişli şərait var. Nümayəndə heyətinə rəhbərlik edən "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan Biznes Şurasının sədri, SUEZ şirkətinin baş direktorunun müavini xanım Mari-Anj Döbon elektroenergetika sektorunun özəlləşdirilməsi ilə bağlı Azərbaycanın hər hansı planlarının olub-olmaması ilə maraqlanıb.

N.Abbasov elektrik enerjisi şəbəkələrinin tam yenidən qurulması, enerji itkilərinin azaldılması və enerji səmərəliliyinə nail olduqdan sonra bu istiqamətdə konkret addımların atılmasını istisna etməyib. Onun sözlərinə görə, hazırda istilik elektrik stansiyalarının idarəetməyə verilməsi məsələsi müzakirə edilir.

ENGIE şirkətinin icraçı direktoru, xanım Heike Libold özəlləşdirmə ilə bağlı "Yol xəritəsi"nin hazırlanmasında şirkətin xidmətlərini təklif edib.

TOTAL-ın Azərbaycan, Qazaxıstan və Tacikistan üzrə vitse-prezidenti Tieri Darriqrand isə "Abşeron" yatağında görülən işlərdən danışaraq, hasil ediləcək qazın satışı sahəsində dəstəyə ehtiyac olduğunu bildirib. Nazir müavini TANAP və TAP-ın ötürücülük gücünün gələcəkdə "Abşeron" qazının da bu kəmərlərlə ixracına imkan yaradacağını diqqətə çatdırıb. SUEZ şirkətinin təmsilçisi isə tullantılardan metan qazının alınması istiqamətində həyata keçirdikləri layihənin əhəmiyyətindən danışıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol