• $
  • €
  • ₽
  • ₺
  • £

"Android"də yeni ziyanverici proqram aşkar olundu

"Android"də yeni ziyanverici proqram aşkar olundu
14.05.2016 16:24
 "Android" mobil əməliyyat sistemlərinə yoluxaraq təhlükə yaradan yeni ziyanverici proqram aşkar olunub.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən "APA-Economics”ə verilən məlumata görə, "Viking Horde" adlanan bu ziyanverici proqram "Google play”də mövcud olan bəzi yoluxmuş tətbiqetmələr vasitəsilə smartfonları bota çevirməklə "botnet" yaradır. "Check Point" şirkətinin bu təhlükə barəsində araşdırmalarına görə "Viking Horde” reklam fırıldaqçılığı aparır və həmçinin paylanmış xidmətdən imtina hücumları (distributed denial-of-service attacks), spam mesajlar və digər hücumlar məqsədilə istifadə oluna bilir. Ziyanverici proqrama yoluxan və bota çevrilən smartfonlar xidmətdən imtina hücumlarında birbaşa istifadə edilir.
 
"Kaspersky Lab” şirkətinin mütəxəssislərinin rəylərinə görə, "Viking Jump”, "WiFi Plus”, "Memory Booster”, "Parrot Copter” kimi tətbiqetmələr bu ziyanvericinin yayılmasına xidmət göstərən proqramlar hesab olunur.
 
Tədqiqatçılar bildirir ki, "Viking Horde”yə yoluxmuş smartfon istifadəçinin məlumatlarını ələ keçirə və icazəsi olmadan avtomatik şəkildə müxtəlif xidmətlərə abunə ola bilər.
 
Ziyanverici proqram qurğuda qalmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu səbəbdən "android” istifadəçisi qeyd olunan ziyanvericini özünün aradan qaldırması mümkün olmadığından, mövcud əməliyyat sistemində yenilənmə aparılması ilə mobil qurğunun təhlükəsizliyini təmin edə bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol