• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar kreditləri niyə bərpa olundu? - ŞƏRH

Dollar kreditləri niyə bərpa olundu? - ŞƏRH
07.05.2016 14:11
"Kreditlərin ancaq dollarla verilməsi əhalinin kreditləşməyə marağını azaldıb. Çünki vətəndaşların çoxusu iş yerlərini itirib, gəlirləri azalıb".

Bu sözləri ANN.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırmasına münasibət bildirərkən deyib.

Natiq Cəfərlinin sözlərinə görə, bir ay müddətinə dollarla kredit verilməsinin qadağan olunması bir eksperiment idi: "Yeni yaradılmış palata bankları sınaqdan keçirməyi düşünürdü ki, manatla kreditləşmə apara bilirlərmi? Amma görünən budur ki, banklarda vəziyyət çox kritikdir. Manat çatışmazlığı da özünü göstərir. Banklar özlərini gələcəkdə baş verəcək hadisələrdən, manatın dəyərdən düşməsindən sığortalamaq üçün dollarla kredit verməkdə maraqlıdılar. Bundan başqa depozitlərin böyük bir hissəsi dollarlaşıb. Banklar kredit vermək üçün əllərində olan depozit vəsaitlərindən istifadə etməyə məcburdurlar".

Ekspert bildirib ki, banklar manat qıtlığı yaşadığına görə Maliyə Bazarlarına Nəzarət Palatası qadağanı aradan götürməyə məcbur olub: "Problem ondan ibarətdir ki, əhali dollarla kredit götürməkdə maraqlı deyil. Vətəndaşlar iki devalvasiyada dollar kreditlərinə görə xeyli ziyana düşdü. Ona görə çox çətin və qəribə bir durum yaranıb. Bir tərəfdən banklar mütləq kreditləşməni çoxaltmalıdırlar ki, gəlirləri artsın, ayaqda dura bilsinlər. Digər tərfdən kreditlərin ancaq verilməsi olması əhalinin kreditləşməyə marağını azaldıb. Çünki vətəndaşların çoxusu iş yerlərini itirib, gəlirləri azalıb. Ona görə də kredit götürməyə maraq kifayət qədər aşağı səviyyədədir".
 
Natiq Cəfərlinin fikrincə, bu qərarın ləğv olunmasının əsas səbəbi ondan ibarətdir ki, bir ay ərzinddə banklarda manatla kredit bərpa olunmadı: "Kreditləşmə tamamilə dayanmışdı. Bu qərarın ləğv olunmasından sonra banklar ümid edir ki, dollarla kredit verilməsində az da olsa, irəliləyiş ola bilər. Amma düşünmürəm ki, bu belə olsun. Çünki problemli kreditlərin həcmi çox yüksək səviyyədədir. Son bir il ərzində iki dəfədən çox artıb. Bunun da əsasını dollarla olan kreditlər təşkil edir. Ona görə qərarın ləğvindən asılı olmayaraq, kreditləşmədə bir ciddi irəliləyiş ehtimalı çox aşağıdır. Bankların kredit vermə səviyəsi düşəcək. Bu da ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərir. Kreditləşmə olmadığı halda, bank dövriyyəsi ilə yanaşı, iqtisadiyyatın da dövriyyəsi zəifləyir. İqtisadi aktivliyin və ticarət dövriyyəsinin zəifləməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir".

Rəşid Mustafazadə
ANN.Az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol