• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət əmlakının özəlləşdirilməsi Prezidentin qərarları ilə həyata keçiriləcək

Dövlət əmlakının özəlləşdirilməsi Prezidentin qərarları ilə həyata keçiriləcək
19.05.2016 16:08
Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, müstəqillik əldə edildikdən sonra dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olub. Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.
Dövlət başçısı yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilməsini qərara alıb. 

Nazirlər Kabinetinə dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərman qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalı, bu fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Azərbaycanda dövlət fondları hesabına kreditlərin biznes portfelində payı 6,9%-ə enib
İqtisadiyyat 10:23
Azərbaycanda dövlət fondları hesabına kreditlərin biznes portfelində payı 6,9%-ə enib
On ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub
İqtisadiyyat 10:17
On ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol