• $
  • €
  • ₽
  • ₺
  • £

"​Fitch" qlobal iqtisadi proqnozlarını dəyişdi

"​Fitch" qlobal iqtisadi proqnozlarını dəyişdi
26.05.2016 22:57
"Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadiyyatla bağlı may icmalında bir sıra dəyişikliklər edib.
 
"Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, Agentlik inkişaf etməkdə olan ölkələrdə zəif iqtisadi artım və energetika sektoruna investisiyaların azalması fonunda qlobal iqtisadiyyata təzyiqlərin davam edəcəyini bildirib.

Agentlik ABŞ-da 2016-cı il üçün iqtisadi artım tempini 2013-cü ildən sonra ilk dəfə 2%-dən aşağı salaraq 1,8% olacağını ehtimal edir. Çin iqtisadiyyatının 2016-2017-ci illərdə inkişaf tempini mart icmalındakı müvafiq olaraq 6,2% və 6% proqnozdan hər il üçün 6,3%-ə yüksəldib.

"Fitch"in baş iqtisadçısı Brayan Koulton (Brian Coulton) bildirib ki, qısa müddət üzrə proqnozlarımız əmtəə qiymətlərinin artması və Çin iqtisadiyyatında stimullaşdırıcı qərarlar fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təzyiqlərin yumşaldığını göstərir.

Ekspert Çində inşaat sektorunun canlandığını və bunun da iqtisadiyyatın bütün sahələrinə yayılacağını, həmçinin Rusiya iqtisadiyyatından sürpriz olaraq müsbət statistik göstəricilərin açıqlandığını qeyd edib.

"Fitch" 2016-cı ilin ikinci hissəsində qlobal iqtisadi stabilliyin yaranması nəticəsində ABŞ-da uçot dərəcəsinin artırılacağını, bununla da dolların möhkəmlənəcəyini ehtimal edir.

Agentlik Avrozona iqtisadiyyatı ilə bağlı 2016-cı il üçün artım proqnozlarını 0,1 bənd artıraraq 1,6%-ə çatdırıb. İngiltərə üçün "Brexit"dən yaranan qeyri-müəyyənlik səbəbindən iqtisadi artım proqnozu 0,2 bənd azaldılaraq 1,9%-ə salınıb.

"Fitch"in 20 ən çox inkişaf etmiş ölkələrin iqtisadi artım proqnozu 2015-ci il və mart icmalında olduğu kimi - 2,5% səviyyəsində saxlanılıb. 2017-ci ildə iqtisadi artımın 3% olacağı proqnozlaşdrılır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol