• $
  • €
  • ₽
  • ₺
  • £

Qızılın qiyməti 7 həftəlik minimuma endi

Qızılın qiyməti 7 həftəlik minimuma endi
26.05.2016 17:58
Dünya bazarında qızıln qiyməti son 7 həftənin minimal səviyyəsinə - 1 217,50 dollar/unsiyaya enib.
 
"Report" xəbər verir ki, qızılın qiymətinin enməsinə əsas səbəb ABŞ-da açıqlanan yeni inşa olunan evlərin satış həcminin kəskin artması amili olub. ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət tendensiyası investorlarda Federal Ehtiyat Sisteminin (FES) iyun və ya iyul iclasında uçot dərəcəsini artırması ehtimallarını gücləndirib. Bu da heç bir gəlir gətirməyən alternativ yatırım aləti olan qızıl aktivlərindən çıxışı sürətləndirib.

"Hər şey FES-in iyun ayında faiz artırmasına bağlıdır", - deyə "Mitsubishi Bank"ın analitiki Conatan Batler bildirib. Keçən həftə açıqlanan FES protokollarına görə, iyunda artım ehtimalları yüksəlib: "Bu, təbii ki, qızıl üçün yaxşı deyil. Çünki dollar yüksəlib, ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliliyi artıb. Buna baxmayaraq, hazırda qızıl ilin əvvəlindəki qiymətindən 15% yüksək satılır".

"Societe General"dan Robin Bar isə qeyd edib ki, investorlar qlobal iqtisadi qeyri-müəyyənliyə görə qızıl aktivində son 5 ilin ən maksimal uzun mövqeyindədirlər. Lakin son vaxtlar onların öz mövqelərini bağlamağa başladıqları müşahidə edilir - bazarda qızıldan əldə edilmiş gəlirlərin fiksasiyası baş verir. Qeyd edək ki, ABŞ-ın törəmə maliyyə aktivləri üzrə nəhəng şirkətlərindən biri olan "CME Group" FES-in uçot dərəcəsini iyulda artırması ilə bağlı gözləntilərini 60%-ə, iyun üçün isə 38%-ə yüksəldib.

"Report"un analitik qrupu qızılın unsiyasının 1 250 dollara qədər yüksəldikdən sonra 1 150 dollara qədər enəcəyini proqnozlaşdırır. Uzun müddətdə isə qızılın 900 dollar/unsiyaya qədər enməsi ehtimalı qüvvədə qalır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol