• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurulur

Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurulur
31.05.2016 16:50
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik ( 76 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi uğurla icra olunur.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihəyə uyğun olaraq yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir.

Hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm olmaqla yol geyiminin əsasının qalınlığı 87 sm-dir.

Bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm olmaqla yol örtüyünün əsası isə 29 sm təşkil edəcək. Ümumilikdə yol geyiminin qalınlığı 1 m 16 sm olacaq.

Layihə çərçivəsində 123 ədəd ( 81 əd.tikilib ) dairəvi borunun, 14 ədəd ( 13 əd.tikilib ) düzbucaqlı su keçidinin, 19 ədəd ( 13 əd.tikilib ) alt keçidin və 26 ədəd ( 6 əd.tikilib ) drenaj borularının tikintisi nəzərdə tutulub. Həmçinin yol boyu zəruri olan ərazilərdə 6 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.

Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissələrin və Ceyrankeçməz çayı üzərində 2 körpünün tikintisi də aparılır. Yolun 63-cü km-də inşa edilən körpünün uzunluğu 47,5 m, 68-ci km-də tikintisi aparılan körpünün uzunluğu isə 54,2 m-dir.

Hazırda yolun 15-45-ci kilometrliyində genişlənən hissədə işlər demək olar tam yekunlaşıb. Yolun 45-91-ci km-lik hissəsində müəyyən ərazilərdə yolun genişləndirilməsi işləri və yol boyu kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfaltbeton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin müəyyən ərazilərində mövcud yolun yenidən tikilməsi, bəzi hissələrdə yeni yol oxuna uyğun yolun tikilməsi, yerüstü piyada keçidlərinin inşası, zəruri olan yerlərdə işıqlandırma sisteminin qurulması, yolun xətlənməsi və nişanlanması işlərinin də yaxın müddət ərzində icrası təmin olunacaq.

Ümumilikdə isə layihə üzrə görülmüş işlərin həcmi 55-60% təşkil edir.

Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107 km-lik hissələrinin də I texniki dərəcəyə uyğun olaraq yenidənqurulması nəzərdə tutulur. Hazırda həmin layihələr tender mərhələsindədir və yaxın gələcəkdə onların da icrasına başlanılacaq.

Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol