• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 500 milyon dollarlıq kredit üçün Dünya Bankına müraciət etdi

Azərbaycan 500 milyon dollarlıq kredit üçün Dünya Bankına müraciət etdi
01.06.2016 16:07
Azərbaycan "Cənub qaz dəhlizi” layihəsinin həyata keçrilməsi üçün Dünya Bankının (DB) kreditlərini cəlb etməyi planlaşdırır. 

Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks-Azərbaycana Bankın Bakı filialında bildiriblər.

"Azərbaycan tərəfi CQD layihəsində öz payını maliyyələşdirmək üçün 500 milyon dollar həcmində kredit üçün Dünya Bankına müraciət edib. Hazırda bu məsələ üzrə müzakirələr aparılır”,- bankın nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, layihənin benefisiarı (gəlir əldə edən tərəf) "Cənub qaz dəhlizi” QSC olacaq.

Bank nümayəndəsi əlavə edib ki, təsdiqləndiyi halda, kredit vəsaiti dövlət zəmanəti altında təqdim ediləcək.

"Layihənin hazırlanması, danışıqların aparılması, kreditin ayrılmasının bankın idarə heyəti tərəfindən təsdiqlənməsi ilə əlaqədar bütün məsələlərin 2016-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”, - o qeyd edib. 

"Cənub qaz dəhlizi” layihəsi "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəql edilməsi üçün boru kəmər infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 42-45 milyard dollar həcmində   qiymətləndirilir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol