• $
  • €
  • ₽
  • ₺
  • £

İşıqla kölgənin mübarizəsi gənc rəssamın əsərlərində

İşıqla kölgənin mübarizəsi gənc rəssamın əsərlərində
29.05.2020 11:46
İşıq və kölgə... Bu, hamıya tanış olan bayağı anlayışları fəlsəfi kateqoriya, dialektik ziddiyyət, müqabil tərəflərin mübarizəsi və vəhdəti kimi səciyyələndirmək olar.

 Yalnız bu adi sözlərin arxasında dərin fəlsəfi mənanı aşkar etdikdə dünyanın bütün mürəkkəbliyini və varlığın qayda-qanunlarının sarsılmazlığını anlamağa başlayırsan. Elə gənc və istedadlı rəssam Cəmil Hüseynov da ictimaiyyətin diqqətini bədii üsulların fəlsəfi kateqoriyalarla kəsişməsinə yönəltmək məqsədi ilə öz ilk fərdi sərgisini məhz "İşıq və kölgə oyunu" adlandırıb. İyunun 11-dən 13-dək "Qız qalası” rəsm qalereyasında təşkil olunan sərgi sənətsevərlər tərəfindən yüksək qiymətləndirildi. 3 gün davam edən sərgi böyük maraqla qarşılandı. Bu, bir savaşdır. İşıq və kölgənin mübarizəsi və dinc yanaşı yaşamasıdır. Rəssam məhz bu parlaq mənzərəni ilk fərdi sərgisində çox böyük ustalıqla nümayiş etdirə bilib.

Qeyd edək ki, istedadlı gənc rəssam Cəmil Hüseynov 1987-ci il dekabrın 24-də Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Qərb universitetini "İnteryer dizayneri” ixtisası üzrə bitirən Cəmil, bədii təhsilini davam etdirmək üçün İtaliyanın Florensiya şəhərinə yollanır, burada 2010-cu ildən 2013-cü ilə qədər Çarlz Sesilin studiyasında təhsil alır. Məhz burada o, sənəti dərindən öyrənməyə başlayır və qədim fırça ustadlarının sənətinin sirlərinə yiyələnir. Gənc rəssam Van Deyk, Rubens, Velaskes, Rembrandt, Tisian və Karavaco kimi sənətkarların əsərlərindən ilham alır. İlhamlanır, lakin onları təkrarlamır, öz üslubunu yaradır. Lakin bununla belə öz əsərlərinə sanki dahi sənətkarların yaradıcılığının yüngül hənirtisini qatır. Cəmil Florensiyada təhsil illərində portretlər qalereyasını yaradır. Onların hər biri öz-özlüyündə unikaldır, müəllif heyrətamiz şəkildə bütün emosiyaları, baxışları və əhval-ruhiyyəni tam dəqiqliklə əks etdirməyə nail olur, onların hamısını birləşdirən də məhz budur. Çılpaq naturalar yüksək ahəngdarlığı və mütənasibliyi ilə fərqlənir. Rəssam dünyaya özünün sərrast və qəti baxışı ilə baxmağı təklif edir. O, dərindən düşünməyə və təhlil etməyə çağırır, birmənalı şəkildə diqqəti əsərlərinə cəlb edir.

Rəssamın natürmortları olduqca maraqlıdır. Onlar ənənəviliyi və realistliyi ilə fərqlənir. Əsərlərə hətta ötəri baxış belə onların əhval-ruhiyyəsini və ən xırda nüanslarını duymağa kifayət edir.

Sənətkarın əsərləri ənənəvi təsvir üslubu ilə fərqlənir. O, kifayət qədər məhdud palitradan istifadə edir. Lakin boyaları qarışdıranda təbiətə ən yaxın təbii rəng almağa müvəffəq olur. Rəssam işıq və kölgə ilə sanki oynayır, onun əsərlərini də canlandıran məhz bu üsullardır. İşıq və kölgələrin oyunu kətanı sanki gözəgörünməz torla örtür və onun əsərlərinin ən güclü cəhətlərini üzə çıxarır.








www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol