• $
  • €
  • ₽
  • ₺
  • £

Bu küçədə təmir işləri başa çatdı - FOTOLAR

Bu küçədə təmir işləri başa çatdı - FOTOLAR
25.06.2016 17:08
Bakı şəhərinin Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsi təmir olunub.
 
"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, sözügedən küçənin uzunluğu 650 metr, eni isə 7,5 metrdir. Ümumilikdə küçə boyu 4900 m2 ərazinin asfaltlanması işləri aparılıb.
 
Daha bir küçədə isə hazırda təmir işləri davam etdirilir: "Bu, Hövsan qəsəbəsi Bağça küçəsidir. Küçənin uzunluğu 2100 metr, eni isə 7 metrdir. Sözügedən küçədə yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Normal hərəkətin təşkil edilməsi məqsədi ilə "Azəravtoyol” ASC rəhbərliyi tərəfindən küçənin təmir edilməsi istiqamətində müvafiq işlərin başlamasına tapşırıq verilib. Təmir işləri çərçivəsində küçənin qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Zəruri olan yerlərdə yol əsasının yararsız qruntu çıxarılıb, əvəzinə isə karbonat materialı tökülərək kipləşdirilib. Bu işlər 4300 kvadratmetr ərazidə aparılıb. Daha sonra yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib”.
 
Hazırda küçənin asfaltlanması istiqamətində işlərə başlanılıb. Ümumilikdə küçənin 15 min kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün isə əraziyə lazımi sayda qüvvə cəlb olunub.
 
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol