• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda üçulduzlu hotellər tikiləcək

Azərbaycanda üçulduzlu hotellər tikiləcək
18.07.2016 18:00
Hazırda İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycanda üçulduzlu hotellərin tikilməsi ilə bağlı işlər gedir. 

Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin "Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycan hotellərinə ulduzların verilməsi ilə bağlı problemlər mövcuddur:

"Bu gün Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb etmir. Hotellərdə keyfiyyət, orada istirahət edən insanların təhlükəsizliyi, bütün xidmətlərin yüksək səviyyədə təşkili ilə bağlı nəzarət funkasiyası mövcud deyil”.

Nazir qeyd edib ki, "Turizm haqqında qanunda” növbəti dəyişiklik zamanı bu məsələyə yenidən baxılacaq:

"Turizm haqqında qanunda növbəti dəyişiklik zamanı biz şərt qoymuşuq ki, əgər hotel fəaliyyət göstərirsə, o öz dərəcəsinə uyğun ulduz almalıdır. O ulduz həm qiymət siyasətini, həm də həmin dərəcənin tələb etdiyi bütün şərtləri ödəməlidir. Bundan sonra hotellərin keyfiyyəti təmin ediləcək. Hazırda isə bu mövcud deyil, bu proses könüllüdür”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol