• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Texniki Universitetinin tələbələri “Nar”da təcrübə proqramını müvəffəqiyyətlə bitirdilər

Azərbaycan Texniki Universitetinin tələbələri “Nar”da təcrübə proqramını müvəffəqiyyətlə bitirdilər
29.07.2016 14:55
Azərbaycan Texniki Universitetinin 25 tələbəsi "Nar”da biraylıq təcrübə proqramından faydalanaraq, öz ixtisas biliklərini əyani və praktiki surətdə tətbiq etmək şansı əldə etdilər.

"Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirildi. Tələbələr başlıca olaraq "LTE – mobil rabitənin yeni nəsli”, "IMS və NGN texnologiyası”, "İnternetə naqilsiz daxilolma texnologiyaları”, "Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və "Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” kimi mövzuları mənimsədilər. Bununla yanaşı, onlar 3G və 4G texniki avadanlıqlarının işləmə prinsipi, GSM sistemləri ilə də tanış oldular. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən gənclər ixtisaslı kadr kimi yetişmək üçün ilk addımlarını atdılar.

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə Nar GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. Laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı "Nar”ın gənclər və təhsilə yönəlmiş KSM (Korporativ Sosial Məsuliyyət) strategiyası çərçivəsində həyata keçirilir.

"Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol