• $
  • €
  • ₽
  • ₺
  • £

Tarif Şurası benzinin qiymətini dəyişməlidir - DEPUTAT

Tarif Şurası benzinin qiymətini dəyişməlidir - DEPUTAT
18.08.2016 14:15
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.

Qərara edilən dəyişikliklər benzinin qiymətinə təsir edəcəkmi?
 

 
"Aksiz vergisi azaldılıbsa, Tarif Şurası bu qərara baxmalıdır" - Vahid Əhmədov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, mühərrik benzininin aksiz vergisi azaldılıbsa, mütləq şəkildə benzinin qiymətinə dəyişiklik edilməlidir: "Əgər o benzin Azərbaycanda istehsal edilirsə, aksiz vergisindən azad olunursa, qiymətdə dəyişiklik olunmalıdır. Yox əgər benzin Azərbaycanda istehsal olunmursa, qiymət dəyişikliyindən söz gedə bilməz. Məndə olan məlumata görə, Azərbaycana ən çox idxal olunan Aİ - 95 markalı benzindir. Bəlkə də Aİ-92 markalı benzin də idxal olunur. Aİ-92 idxal olunursa söhbət məhz bu markalı benzindən gedir. Buna görə də mütləq şəkildə bu markalı benzinin qiymətində dəyişiklik olunmalıdır. Qiymət məsələsinə gəlincə, bunu Nazirlər Kabineti deyil, Tarif Şurası müəyyənləşdirir. Aksiz vergisi azaldılıbsa, Tarif Şurası bu qərara baxmalıdır". 
 

 
"Ölkəyə daha aşağı xərclə "Aİ 92” markalı və ya oxşar benzin gətiriləcək" - Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə,"Aİ 92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur: "Qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Bu isə o deməkdir ki, yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq. Deməli, ölkəyə daha aşağı xərclə "Aİ 92” markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, "Aİ 92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən "Aİ 92” və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa, o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq”.

"Bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Üçüncüsü, güzəştlər çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. Belə görsənir ki, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək" - deyə V.Bayramov əlavə edib.

Orxan Aslanlı 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol