• $
  • €
  • ₽
  • ₺
  • £

“Azər Türk Bank” dolları baha satması barədə iddialara cavab verib

“Azər Türk Bank” dolları baha satması barədə iddialara cavab verib
25.08.2016 20:50
"Azər Türk Bank” ABŞ dollarının bu bankda rəsmi məzənnədən 8,2 % baha satılması ilə bağlı mətbuatda irəli sürülən iddialara aydınlıq gətirib.
 
"APA-Economics” xəbər verir ki, bankın yaydığı açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Qeyd edilib ki, "Azər Türk Bank” valyuta satışını Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzərinə maksimum 4 % marja əlavə olunmaqla həyata keçirməkdədir.
 
"Ödəniş kartları ilə konvertasiya əməliyyatları zamanı nağdlaşdırma həyata keçirilərkən də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə əsas götürülür və bu növ əməliyyatlara 4 % həcmində konvertasiya (mübadilə) komisyonu tətbiq olunur. Ödəniş kartları üzrə nağdsız alış-veriş (POS-Terminallar və ya internet vasitəsilə) əməliyyatları zamanı isə konvertasiya yenə də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi əsasında və üzərinə 0,50 % komissiya haqqı əlavə olunmaqla həyata keçirilir. Bu səbəbdən də "Azər Türk Bank”ın manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqlarını artırması və beləliklə kartla valyuta satışının guya rəsmi məzənnə üzərinə 8,2 % əlavə olunmaqla həyata keçirilməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur”, - deyə açıqlamada vurğulanıb.
 
Açıqlamada o da qeyd olunub ki, "Azər Türk Bank” Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ciddi əməl edir və müştəri məmnuniyyətinə hər zaman böyük önəm verir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol