• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda Qurban bayramı ərəfəsində satış-yarmarka keçirildi

Lənkəranda Qurban bayramı ərəfəsində satış-yarmarka keçirildi
10.09.2016 16:25
Lənkəranda Qurban Bayramı ərəfəsində satış yarmarkası təşkil edilib.
 
APA TV-nin cənub bürosunun məlumatına görə, səhər saat 9:00-dan start verilən yarmarkaya həm rayonda, həm də ətraf bölgələrdə fəaliyyət göstərən 11 fermer təsərrüfatından 3200 baş xırda buynuzlu heyvan satışa çıxarılıb. Satışa çıxarılan diri heyvanların qiyməti çəkisindən asılı olaraq 100, 110 və 120 manata kimi dəyişib. Kəsilmiş qoyun ətinin bir kiloqramı yerindəcə 8 manata alıcılara təklif olunub. Qurban bayramı yarmarkasının keçirilməsində əsas məqsəd vətəndaşların bayram qabağı qurbanlıq heyvanlara olan tələbatını ödəmək və bazarda süni qiymət artımının qarşısını almaq olub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov bildirib ki, yarmarkada heyvanların qiymətinin bazardan fərqli olaraq 25 faiz aşağıdır.

"Yarmarkada heyvanların qiyməti bazardan fərqli olaraq 25 faiz aşağı qiymətədir. Qurban bayramı günlərində rayonda məskunlaşmış məcburi köçkünlərə, aztəminatlı ailələrə, Qarabağ əlilləri, şəhid ailələrinə və digər imtiyazlı şəxslərə, ümumilikdə 5000 ailəyə  bayram sovqatı veriləcək".

Qiymətlərin süni artımının qarşısını almaq və stabil saxlamaq üçün əraziyə aidiyyatı orqanların əməkdaşları nəzarət ediblər. Həmçinin fiziki şəxslərin yarmarkaya çıxardığı heyvanların sağlamlığı rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən yoxlanılıb.

Lənkəran Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov satışa çıxarılan heyvanların sağlamlığına zəmanət verib.

"Qurban bayramı ilə əlaqədar olaraq sahibkarlar tərəfindən gətirilən xırda buynuzlu heyvanlar infeksion və digər xəstəliklərə qarşı tam müayinədən keçirilib. Heyvanlar klinik olaraq tam sağlamdır".

Qeyd edək ki, Lənkəranda təşkil olunan bayram yarmarkası 3 gün davam edəcək. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol