Qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq - SİYAHI

Sentyabrın 12-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;
Xətai rayonu
- "Nargilə" kafesinin yanı;
Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















