• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqraz buraxılışı ilə bağlı şayiələri təkzib etdi

SOCAR istiqraz buraxılışı ilə bağlı şayiələri təkzib etdi
29.05.2020 07:53
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gündə şirkətə aid istiqrazların buraxılışı ilə bağlı internet və media məkanında dərc olunan təzadlı məlumatlara münasibət bildirib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov "Report"a açıqlamasında şirkətin istiqrazlarının qarşılanmasına zəmanətin verilməsi və digər texniki məsələlərə aydınlıq gətirib.

O, elanda qeyd olunduğu kimi, SOCAR-ın buraxılan istiqrazların qarşılanmasına zəmanət verdiyini bildirib:

"Elanda qeyd olunduğu kimi, SOCAR buraxılan istiqrazlarının qarşılanmasına zəmanət verir. Bu, 14 milyarddan çox kapital və 40 milyard dəyərində beynəlxalq aktivləri olan bir şirkətin zəmanətidir. Nəzərə almaq lazımdır ki, SOCAR bundan öncə də xarici bazarlarda istiqrazlar buraxıb. Şirkət heç bir zaman ödənişlərlə bağlı öhdəliklərini gecikdirməyib. Hazırkı emissiya 100 milyon dollar məbləğində nəzərdə tutulur. Bu, SOCAR üçün nisbətən kiçik və qarşılanması asan olan məbləğdir, çünki bizim öncəki emissiyalarımız 1 milyarda qədər olub. Bu gün də vəsait əldə etmək üçün imkanlarımız olduqca geniş və çoxşaxəlidir. Ötən il "SOCAR Türkiyə Enerji A.Ş."nin 13 faiz səhmlərinin "Goldman Sachs" və "JP Morgan" şirkətləri tərəfindən 1,3 milyard dollara alınmasını buna misal kimi göstərmək olar. Yəni şirkət həm əməliyyat gəlirləri, həm kənardan maliyyələşmə və həm də aktivlərinin dəyər artımından rahatlıqla vəsait əldə edə bilir".

İ.Əhmədovun sözlərinə görə, SOCAR beynəlxalq maliyyə bazarlarında qazandığı təcrübəni bu gün ölkə daxilində tətbiq edib, aktiv olmayan vəsaitləri ölkə iqtisadiyyatına qazandırmaq niyyətindədir. O bildirib ki, bu vəsait sırf şirkət üçün sadəcə maliyyələşmə portfelinin şaxələndirilməsinə bir töhfədir, ölkənin iqtisadi inkişafı üçün isə bu mühüm bir ilk addımdır.

"Təminat” məfhumu ilə bağlı yaranmış anlaşılmazlığa gəlincə isə SOCAR rəsmisi bu sözün fərqli texniki bir məfhum olduğunu bildirib:

"Maliyyə Nazirliyi tərəfindən istiqrazlara təminat verilmədiyi təqdirdə, buraxılan istiqrazlar "təminatsız” adlandırılır. Belə ki, onların qarşılanması Maliyyə Nazirliyi tərəfindən deyil, şirkət tərəfindən həyata keçirilir. SOCAR istiqrazları məhz SOCAR-ın özü tərəfindən çıxarılır.

SOCAR bir dövlət şirkəti və iqtisadiyyatımızın "onurğa sütunu” olduğuna görə, keçmişdə xaricdə keçirdiyimiz istiqraz emissiyaları üçün də Maliyyə Nazirliyi və ya digər dövlət qurumlarının təminatı nəzərdə tutulmayıb. Bu dəfə də eyni qayda tətbiq olunacaq.”

Bəzi internet səhifələrində alınan istiqrazların 5 ildən tez qaytarılmasının mümkünsüz olması və ildə yalnız bir dəfə mənfəət ödənişi edilməsi haqqında yayılan məlumatları təkzib edən SOCAR nümayəndəsi mənfəət ödənişlərinin "ildə bir dəfə deyil, üç aydan bir” nəzərdə tutulduğunu qeyd edib:
"İstiqraz sahibləri 5 il gözləməyə məcbur deyillər, hər an istiqrazlarını SOCAR-a satıb, yatırılan vəsaitlərini geri ala bilərlər. Lakin bu halda, təbii ki, gələcək faiz ödənişlərindən imtina etmiş olurlar”.

İ.Əhmədov şirkətin statusu ilə bağlı suala "ölkəmizin aparıcı hüquq ekspertlərini qırağa qoysaq belə, SOCAR dünyanın İsveçrə, Türkiyə, Almaniya, Böyük Britaniya və s. kimi müxtəlif ölkələrində törəmə şirkətlər və nümayəndəliklər təsis edib və onların hüquqi statusu heç bir zaman yerli dövlət orqanları tərəfindən sual altına qoyulmayıb” deyə cavab verib.

"Bu barədə hər hansı bir problem yaransaydı, sözsüz ki, hər kəsə məlum olar, gündəmə gətirilər və tezliklə öz həllini tapardı. Çünki, biz şirkətin fəaliyyətinin optimallaşdırılması və risklərin azaldılması üçün, mütəmadi olaraq, araşdırmalar aparır və müvafiq tədbir və islahatlar həyata keçiririk”, - deyə o bildirib.

SOCAR rəsmisi, həmçinin şirkətin faiz, vergi və amortizasiyadan əvvəl hesablanan gəlirində ziyanın olmadığını deyib:

"Əməliyyatlarımız gəlir gətirir. Sadəcə olaraq, biz hazırda gəlirlərimizi, əsasən investisiya layihələrimizə yönəldirik. Bu gəlirlərimizin davamlılığını təmin etmək üçün zəruridir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol