• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın aqibəti necə olacaq? - EKSPERT RƏYİ

Manatın aqibəti necə olacaq?  - EKSPERT RƏYİ
14.09.2016 13:08
Azərbaycan manatının sentyabrın 14-nə olan rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,6390 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, ötən həftə USD/AZN rəsmi məzənnəsi 1,6403 manat təşkil edib.

İnsanları bir şey düşündürür: manatla bağlı nə baş verir?
 
Ötən il 2 dəfə kəskin devalvasiyaya uğrayan, hələ də yumşaq şəkildə ucuzlaşan manatın taleyi necə olacaq?

Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Samir Əliyev cavablandırıb. O bildirib ki,  hazırda manatın bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur:

"Davamlı olaraq bir neçə ay manatın dəyəri 1,65-dən 1,49-a qədər enəndə də onun heç bir iqtisadi əsası yox idi.

Sırf inzibati metodlardan istifadə etməklə bu addım atıldı. Bu gün də oxşar situasiya gedir. 

Bir neçə gün əvvəl hərraca 300 milyon dollar çıxarıldı. Bayrama görə təxirə salınan hərracın isə bu gün yaxud sabaha keçirilməsi gözlənilir.

Növbəti hərracın nəticələrindən də asılılıq var. İstənilən halda bu gün manatın bahalaşması üçün əsas yoxdur. Aylıq tələb 1,2 milyard, təklif isə 700-800 milyondur. Təxmini hesablamalara görə, ay ərzində 300-400 milyon valyuta kəsiri yaranır. Bu kəsir Neft Fondu və Mərkəzi Bank tərəfindən örtülməlidir.

Amma bu baş vermir. İstisna olaraq sonuncu hərraca çox dollar çıxarıldı. Ona görə də, mən hesab edirəm ki, manat bahalaşacaqsa, bu qısamüddətli olacaq”.
 
"Manatı ucuzlaşdıran Maliyyə Nazirliyidir”

S.Əliyev bildirib ki, Maliyyə Nazirliyi manatı ucuzlaşdırmaqda maraqlıdır:

"Böyük ehtimalla manat ucuzlaşmaqda davam edəcək. İlin sonuna doğru proseslərdən asılı olaraq kəskin devalvasiyanın olacağı istisna edilmir. Neft kəskin ucuzlaşa, büdcənin icrası ilə bağlı problem yaran bilər, yaxud maliyyə panikası müşahidə edilər bilər.

Manatın məzənnəsi inzibati yollarla tənzimlənir. Baxmayaraq ki, "üzən məzənnə” siyasəti tətbiq edilir. Mərkəzi Bank maksimum maraqlıdır ki, manat az ucuzlaşsın. Amma Maliyyə Nazirliyi manatın daha çox ucuzlaşmasında maraqlıdır. Çünki, onun müəyyən öhdəlikləri var.

Mərkəzi Bank qiymətlərin sabitliyinə çalışır. Ona görə baş bank istəyir ki, manat yumşaq şəkildə ucuzlaşsın”.
 
1 dollar 2 manat olacaq
 
Ekspert  proqnozlarında kəskin devalvasiyanı istisna etmir:

"Əgər bu tempdə gedərsə və fövqəladə hal olmazsa, maliyyə gərginliyi baş verməzsə, 1 dollar 1manat 1,80-ə bərabər olacaq. Fövqəladə gərginlik zamanı isə manatın kəskin devalvasiyasına gediləcək. Eyni zamanda bu il FED-ın iclaslarında uçot dərəcələrinin qaldırılması ehtimalı yüksəkdir.

Bildiyiniz kimi, manat ilk dəfə 35 faiz, 2-ci dəfə 48 faiz ucuzlaşdı. 3-cü dəfə təxminən 15-25 faizə qədər ucuzlaşması ehtimal olunur. Bu zaman 1 dollar təxminən 2 manata bərabər olacaq.

Referenduma qədər ciddi məzənnə dəyişikliyi olmayacaq. Manatın cüzi bahalaşması müvəqqəti olacaq. Çünki, yaxın dövrdə manatın taleyi ucuzlaşmaqdır..”.
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol