Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq

Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib.
"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək. Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır. Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", - deyə Ş.Mehmanqızı bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















