• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda sosial evlərin tikintisi başlayır - Müjdə

Yasamalda sosial evlərin tikintisi başlayır - Müjdə
14.09.2016 16:58
Dövlət başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir.

 İlkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
 
Azərtac xəbər verir ki, paytaxtın Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən bu ərazi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır.
 
Artıq çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksinin "Şəhərsalma əsaslandırılması”nın hazırlanması başa çatdırılıb. Tikintinin layihə-smeta sənədləri üzərində iş gedir. Bununla yanaşı, ötən qısa müddət ərzində ərazidə geoloji və mühəndis axtarış işlərinin aparılmasına başlanılıb. Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər də alınıb.
 
İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. Bu ərazi həm də paytaxtın əsas iş yeri mərkəzlərinə yaxındır. İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək.
 
Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol